Gunaydin.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə 30 yaşlı azərbaycanlı idman ustası, 13-4 peşəkar döyüş tarixçəsinə sahib Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində "Humble Civic Center"arenasındakeçirilən "Fury FC 57 - UFC Fight Pass" yarışmasında gecənin döyüşünə çıxıb.

O, 65 kiloqram çəki dərəcəsində Andres Quintanaya (19-4) qarşı müvəqqəti çempionluq kəməri uğrundadöyüşün 5 raundunun nəticəsində hakimlərin yekdilli qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan edilib.

Qeyd edək ki, Hüseyn Əliyev döyüş öncəsi hazırlığı dünyaca məşhur "American Kickboxing Academy" (AKA) zalında keçirib. Hazırlıq müddətində o, Həbib Nurmaqomedov, İslam Maxaçev və digər MMA ulduzları ilə birgə məşq edib. Döyüş öncəsi "AKA" qurucusu və baş məşqçisi Xavyer Mendez və MMA ulduzu Həbib Nurmaqomedov Hüseyn barədə müsbət fikirlər bildiriblər.

 

Fury FC peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq çərçivəsində turnirin qaliblərinin UFC Fight Pass yolu ilə əsas liqaya düşmək şansı vardır. Döyüşdən bir gün öncə UFC Fight Pass şirkəti "Instagram"sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin həmyerlimizə olan yüksək marağını əks etdirir.

Baxış sayı: 1168
Paylaş: