Tbilisi şəhərində"Powerlifting" idmanının "Bench-press" növü üzrə keçirilən yarışda Elizbar Məmmədov ikinci yeri qazanıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Gunaydin.az-a bildiriblər ki, böyüklər arasında keçirilən çempionatda Elizbar Məmmədov 93 kq çəki dərəcəsində mübarizə aparıb və 130 kq ağırlığın öhdəsindən gələrək ikinci yeri qazanıb. O, yarışa "Rustavi çempionlar komandası"nın adındanqatılıb.

 

Qeyd edək ki, Elizbar Məmmədov əslən Bolnisi rayonunun Sənəb kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetininin ibtidai sinif müəllimliyini bitirib. 5 ildir ki, həvəskar idmanla və "Powerlifting" idmanının "Bench-press" növü ilə məşğul olur. Elizbar Məmmədov 2020-ci və 2021-ci illərdə 24News Tv internet televiziyasının "Gəncin yolu" və "Sosial Eksperiment" verilişlərinin aparıcısı olub.

Baxış sayı: 1078
Paylaş: