Azərbaycan Dövlət Televiziyasının ilk diktorlarından biri,  Məşədi İbadın Gülnazı, 
aktrisa və mədəniyyət xadimi Tamara Gözəlovanln doğum günüdür. 
Hörmətlə xatırlayaq. 
 
        
 
Tamara Gözəlova (Ağamirova) 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 
1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 
 
 
1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
 
 
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb. 
Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
 
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1168
Paylaş: