Dövlət Başçısı İlham Əliyevin Moskvaya səfəri zamanı Azərbaycan və Rusiya arasında imzalanması nəzərdə tutulan müttəfiqlik haqqında sənədin hər iki dövlətin bərabərhüquqlu, milli maraq və mənafeyini qorumaqdan ötə deyildir. Hər halda bu anlaşma uzun müddət qarşılıqlı müzakirlər nəticəsində ərsəyə gəlmişdir. Bu gün dünyaya bəlidir ki, qoşulmama hərəkatının üzvü və sədri kimi Azərbaycan heç bir qütbüləşmənin üzvü deyildir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, dövlətimiz davamlı olaraq müstəqil siyasət yürütmüşdür, örnək olaraq, 2021 - ci ilin iyun ayında qardaş Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsidir.
İmzanalnması nəzərdə tutulan sənədlərin nəticəsində, Ermənistan Rusiya kimi bir gücdən məhrum edilir. Bu sənədin imzalanması Azərbaycan Prezidentinin və dövlətimizin növbəti diplomatik uğurudur.
Dolayısıyla Azərbaycan bu sənədlə regionda qardaş Türkiyə və qonşu Rusiya kimi böýuk dövlətlərin müttəfiqi durumuna gəlir. Hər iki dövlətlə yaxın müttəfiq olan Azərbaycan, öz inkişafı və təhlükəsizliyi naminə gələcəkdə Avropa Birliyi ilə də eyni məzmunlu sənəd imzalaya bilər. 
Əfsuslar olsun ki, bir çox diplomatik uğurlarımız kimi, bu naliyyətimizi də, bəzi qaragüruhçu qüvvələr, fərqli şəkildə şərh edirlər.
Uca Tanrı Azərbaycanımızı və müdrik Liderimizi qorusun!
 
Çingiz Bayramov,
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri
Baxış sayı: 1663
Paylaş: