Məlum olduğu kimi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min nəfərdən çox azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Məsələ müxtəlif vaxtlarda ölkəmiz tərəfindən beynəlxalq tribunalarda dünya ictimayyətinin diqqətinə çatdırılmış olsa da, indiyədək itkin düşmüş soydaşlarımız barədə məlumatlar nə Azərbaycan tərəfinə, nə də müvafiq beynəlxalq təssisatlara təqdim edilməmişdir.  
 
Bu səbəblə, Qarabağın müxtəlif ərazilərində, o cümlədən Xocavəndin Edilli kəndində kütləvi məzarlıqların aşkarlanacağı əslində gözlənilən idi. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir götürdükləri dinc sakinlərə verdikləri olmazın zülmlərini kütləvi məzarlıqlarda ört-basdır etməyə çalışması hər kəsə məlum idi. Torpaqlarımız azad edildikdən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində də aşkarlanan kütləvi məzarlıq Ermənistanın törətdiyi müharibə cinayətlərinin sübutur. Hətta beynəlxalq müşahidəçilərin işğalçı ölkənin münaqişə zamanı Cenevrə Konvensiyasını pozmasına dair Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyana qarşı ittihamlar irəli sürmüşlər.
 
 
 
 
 
 
 
 
 
Buna baxmayaraq, Azərbaycan humanizm prinsipləri ilə hərəkət edərək 44 günlük Vətən Müharibəsində əsir düşmüş hərbiçilərin bəzilərini Ermənistana təhvil verdi. Lakin Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumat verməkdən imtina edir. 
Azərbaycan ərazisinin 30 il işğalda saxlamış Ermənistan bu torpaqları qaçarkən İkinci Dünya Muharibəsindən sonra xarabalıqlara çevrilmiş əraziləri xatrıladan mənzərəni  geridə qoyub getmişdi. İkinci dünya muharibəsindən sonra dünyada törətilmiş ən amansız cinayətlər sırasında yer alan Azərbaycanlılara qarşı aparılmış mədəni, tarixi, dini və etnik təmizləmə siyasətinə görə Ermənistan beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır!
 
 
 
Çingiz Bayramov
"Dialoq və İnkişaf Naminə"
 İctimai Birliyinin sədri
Baxış sayı: 3526
Paylaş: