Günümüzdə ölkəni və xalqı yaşanacaq problemlərdən qorumaq dövlətin ümdə vəzifəsidir. Dost ölkə olan Ukraynada baş verən hadisələr bizim ölkəmizdə baş verməməsi üçün düşünülmüş və hadisələri dərin təhlil edərək, ölkəmizin maraqlarına uyğun siyasət yürüdülmüşdür. 44 günlük Vətən müharibəsi dövründə Xankəndiyə girməməmizə səbəb isə bir çox Avropa, ABŞ və Rusiya dövlətlərinin təzyiqilərin nəticəsidir. Bu səbəbdən də 10 noyabr 2020 - ci il tarixli anlaşmaya imza atılmışdır. 
Beləliklə də, Azərbaycana tətbiq olunma ehtimalı olan hərbi və digər sanksiyaların qarşısı alınaraq, Qarabağın qondarma statusu ləğv edilmiş və Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdir. 
Ssenarinin əksini düşünsək, Azərbaycan suverenliyi cəhətdən sınağa çəkilə bilərdi. Yaşanası problemlərin olmamasına səbəb isə Prezident İlham Əliyevin regional oyunçularla bərabərhüquqlu münasibətlər yaradaraq, yanında qardaş Türkiyədən başqa heç bir dövlətin olmamasına baxmayaraq, qələbə qazanmış və Ermənistanı kapitülyasiyaya vadar edərək, beynəlxalq katakilizmləri dəf etmişdir.
2019 - 2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq, dünyada baş verən hadisələrə ənənəyə uyğun hərəkət edərək tərəfsizliyini qorumaq məcburiyyətindədir. Bu gedişlər nəticəsində də daim milli maraqlarımız və təhĺükəsizliyimiz qorunmaqdadır. Dövlətimizin imzaladığı Şuşa Bəyannaməsi və Moskva
Anlaşması ilə Azərbaycanı münaqişələrdən sığortalamışdır.
Ukraynada baş verən hadisələr fonunda isə Azərbaycan humanitar yardım edən dövlətlər arasında da ilklərdən biridir.
 

Çingiz Bayramov

"Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri

Baxış sayı: 1438
Paylaş: