Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejisorluğu" kafedrasının professoru, aktrisa Nəzakət Qazıyevanın doğum günüdür. 
 
Nəzakət Əli-Hüseyn qızı Qazıyeva 12 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 
1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub, 1960-cı ildə həmin İnstitutun "Kino və teatr aktyoru" ixtisası üzrə xalq artisti, professor Mehdi Məmmədovun kursunu bitirmişdir. 
O, 1957-ci ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışmışdır. 
1962-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərir. 10 il kafedra müdiri olmuşdur 1984-cü ildə Sankt-Peterburq Teatr, Kino, və Musiqi sənəti İnstitutunda görkəmli rejissor G.Tovstonoqovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. 1987-ci ildə Moskva Teatr sənəti İnstitutunda təkmilləşmə kursunu keçmişdir. 46 il pedaqoji fəaliyyəti müddətində böyük yaradıcılıq, elmi və pedaqoji işlərlə məşğul olmuşdur. Dərs dediyi tələbələr hazırda rejissor, aktyor, pedaqoq-rejissor, xalq artistləri, elmlər namizədləri və doktoru, professor, dosent kimi fəaliyyət göstərirlər.
Nəzakət Qazıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şurasının üzvü, Bədii Şuranın sədridir.
Aktrisa-rejissor-pedaqoq Nəzakət Qazıyeva rejissor Arif Qaziyevin həyat yoldaşıdır.
 
N.Qazıyevanın pedaqoji fəaliyyəti ilə yanaşı elmi-tədqiqatı işləri, yəni 30-dan çox müxtəlif fakultələrdə tədris olunan rejissorluq və aktyor sənəti üzrə proqrqmlar, elmi-metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazələb çapdan şıxmışdır. "Rejissorluq və aktyor sənətinin tədris metodikası", "Teatr kollektivinin rejissoru", "İxtisasa giriş", "Rejissorluq və aktyor sənətinin tədrisində musiqinin rolu və əhəmiyyəti", "Tamaşanın səs tərtibatı prinsipləri", "Teatr etikası problemləri", "Səhnə sənətinin tərbiyyə olunmasında pedaqoji prinsiplər", "Pyeslərdən parçalar üzərində iş", "Tamaşanın musiqi tərtibatı", "Səhnə pedaqogikası", "Rejissor sənətkarlığı", "Teatrlar, rejissorlar, aktyorlar və s.
 
Yaradıcılıq işləri Azərbaycan, xarici klassik dramaturgiyası, müasir dramaturgiya üzərində tamaşalardan ibarətdir. M.F.Axundov, Ə.Haqverdiyev, N.Vəzirov, C.Cabbarlı, A.Şaiq, İ.Əfəndiyev, B.Vahabzadə, N.Xəzri, Anar, A.Çexov, C.London, V.Rozov, Karrinti və b. dramaturqların müxtəlif janrlı əsərlərini tamaşaya hazırlamışdır.
 
N.Qazıyeva həm də Respublika tədbirlərinin quruluşçu rejissoru və ssenari müəllifi olmuşdur: Təhsil Nazirliyinin sifarişi ilə "Heydər Əliyev və Azərbaycan", "Yaşa Azərbaycan!", "Mənim vətənimdə sülh olarsa", Yasamal rayonu İcra Hakimiyyətinin sifaşi ilə Qurtuluş gününə həsr olunmuş "Mənim Azərbaycanım", Novruz bayramına həsr olunmuş "Qədəmin mübarək, Novruz!", Dövlət Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Gənc ailə", Azərbaycan Müəllimlər Qurultayına həsr olunmuş H.Əliyev sarayında konsertin rejissoru, M.Müşfiqin yaradıcılığına həsr olunmuş "Dünyanın bəzəyi bir insanam mən!"-Universitetdə, S.Vurğuna həsr edilmiş "Deyib-danışmaqdan doymamışam mən!"-Universitetdə, "Nə böyükdür adın, ana!"-8 mart bayramına həsr edilmiş-Universitetdə və.s.
Aktrisa-rejissor-pedaqoq Nəzakət Qazıyeva rejissor Arif Qaziyevin həyat yoldaşıdır.
 
N.Qazıyeva aktrisa kimi də fəaliyyət göstərmişdir.
Teatr tamaşalarındakı N.Vəzirovun "Hacı Qəmbər" ində Yetər, H.Cavidin "Ana" pyesində Əsmət, Fadeyevin "Gənc qverdiya"sında Z. Şevsova, H.Səyidbəylinin "Bağlı qapılar"ında Zöhrə, S.Rəhmanın "Xoşbəxt" lərində Gülər, A.Puşkinin "Qaçaqlar" ında Zemfira, M.Lermantovun "Demon" unda Tamara rolları ilə tamaşaçıların yaddaşında qalmışdır.
 
Filmoqrafiyasında "Qara daşlar" (film, 1956), 'Axırıncı namaz" (film, 1963), "İmtahan (film, 1987) filmləri yer almışdır. 
"İmtahan" filmindəki Ruxsarə obrazı ilə daha çox yadda qalmışdır.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1114
Paylaş: