Azərbaycan dramatik teatr və kino aktyoru, Azərbaycan və Rusiya Xalq Artisti, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuş NODAR ŞAŞIQOĞLUNUN doğum günüdür.
 
O, təkcə bir filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. 
“Uzaq sahillərdə” filmindəki Mehdi Hüseynzadə (Mixaylo) obrazı ilə məşhurlaşdı. Aktyor daha sonra “Əsl dost”, “Matteo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun” və digər filmlərə çəkildi...
 
Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.
Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5-6 il Taqanka Teatrında çalışıb.
 
 
İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.
Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək filmdə çəkmişdir. 
 
 
Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Bercerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə"...  kimi obrazları yaradıb.
 
 
 
2003-cü ildən S.Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.
 
 
Batumidə dünyaya gələn aktyor 12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1096
Paylaş: