Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, Prezident Mükafatçısı, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü 
Məbud Əliəsgər oğlu Məhərrəmovun doğum günüdür. 
Təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!
 
1988-ci ilin yeni il gecəsində efirə çıxan “Yaşıl eynəkli adam” tamaşası çoxlarının yadındadır. Bu tamaşada onun qeyri-adi obrazını çoxları bəyənmişdi. Elə özünün dediyi kimi, ilk baxışdan öz xarizmasıyla “Bizim Qarik” böyük tamaşaçı kütləsi tərəfindən çox sevilmişdi. Sonradan onun bütün sözləri  xalq arasında məsəllərə çevriləcəkdi... 
 
QISA ARAYIŞ:
12 mart 1957-ci il təvəllüdlü Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrının aktyorudur. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir.
Onun yaratdığı: Ağasaf (M.İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J.Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U.Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
M.Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır.
2000-ci ildə M.Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
2006-cı, 2012-ci, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1096
Paylaş: