Azərbayycan teatrının tanınmış aktrsiası Lütviyyə Şamil qızı Səfərovanın doğum günüdür.
Hörmətlə xatırlayaq.
Ruhu şad olsun.
 
 
Lütviyyə Şamil qızı Səfərova 1941-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. 
 
 
O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
 
Filmoqrafiyasında "Aktrisanın təbəssümü (film, 1974), Sonuncu məhəbbət (film, 1985) filmləri yer almışdır.
 
 
Əməkdar artist Novruz Qartslın (Novruz Əliyev) xatirələrindən:
- Lütfiyyə xanım öncə gözəl insan, daha sonra işini çox gözəl bilən aktrisa idi. Gözəlliyi, hündür boylu olması ilə səhnədə hər zaman seçilirdi. İnsanlara qarşı səbirli, təmkinli davranırdı. Heç kəsin işinə qarışmağı sevməzdi. Kollektivə çox tez uyğunlaşardı, hər kəslə mehriban davranıb, deyib-gülərdi. Onunla birgə çox çalışmışıq, bu xanımdan inciyən heç bir insan tanımamışam. 
Lütfiyyə Səfərova ona tapşırılan obrazları çox dəqiqliyi ilə oynayırdı. Onunla tərəf-müqabili olan hər kəs çox xoşbəxt idi. Həmin insanlardan da biri mənəm. 
 
 
Lütfiyyə xanım ailənin tək övladı olub və atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün bibisi Lütfiyyə xanımın qayğısını çəkib. Onu həmişə təmkinli, dedi-qodudan uzaq olan xanım-xatın bir qadın, işinə, sənətinə çox ciddi yanaşan aktrisa kimi tanımışıq.
O kimdənsə kobudluq görəndə, yersiz söz eşidəndə sakitcə təəccübünü bildirməklə kifayətlənirdi. Bir qədər gec ailə həyatı qurdu. Teatrımızın ozamanki işçilərindən biri Rasim Dadaşzadə ilə evləndilər. İki oğlu dünyaya gəldi: Samir və Azər.
Təəssüf ki, Lütfiyyə xanımın ailə səadəti uzun sürmədi. Həyat yoldaşı ilə boşandılar... Və Lütfiyyə xanım uşaqları təkbaşına böyütdü, oxutdu, evləndirdi. 
Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının səbəbi şəxsi həyatındakı uğursuzluqlarla bağlı olub. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, sonra onların xaricə köçmələri və böyük oğlunun orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırırmış...
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1267
Paylaş: