Görkəmli teatr və kino aktyoru Azərbaycan Respublikasının Xalq artisti, Qızıl dərviş mükafatçısı, Teatr xadimi qızıl medalı və Milli kino mükafatı laureatı, kinomuzun Cahandar ağası Ələddin Abbasovun anadan olmasının 100 ili tamam olur ...
Xatırlayaq. Ruhu xoş olsun.
 
Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi Ələddin Abbasovu tamaşaçılara çox sevdirmişdi. O, Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
 
Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova,Məhəmməd Bürcəliyev,Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov,Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
 
Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir. 
 
Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir.
 
Onun yaradıcılığı romantik və realist aktyor məktəbləri çərçivəsində formalaşıb. 
Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. 
Onun aktyorluq təhsili olmayıb, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. 
O, "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd"
(Məşədi Göyüş)...  bədii filmlərinə çəkilib. 
Onun ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.
 
Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:
 
Faciə və dram rolları: 
Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli).
 
Komediya obrazları: 
Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul",Altay Məmmədov).
 
Ələddin Abbasov sənət uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti (20 may 1958) və Xalq artisti (1971) fəxri adları, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı  (24 dekabr 1981), 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni (11 mart 1985) ilə təltif edilib.  
O,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə (2003), "Qızıl Dərviş" mükafatına  (2005), "Teatr Xadimi" qızıl medalına (2005) və  Milli Kino Mükafatına (2013) layiq görülmüşdür. 
 
Ələddin Abbasov 3 iyul 2014-cü il tarixində, 92 yaşında vəfat etmişdir. 
Məkanı cənnət olsun.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 313
Paylaş: