Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin “Koronavirusun yayılmasının qarşısını almaq və yoluxmanın sayını nisbətən azaldmaq üzrə təşəbbüslər” layihəsinin icrasına start verilib.  Layihənin məqsədi koronavirusun ölkəmizdə daha çox yayılmasının qarşısını nisbətən almaq, yoluxmanın sayını nisbətən azaltmaqdır və 3 ay ərzində keçirilməsi nəzərdə tutulur.

 

Gunaydin.az  xəbər verir ki, layihə çərçivəsində koronavirusla bağlı  təbii vasitələrin qəbulunun xeyirli olmasını təbliğ edən bukletlərin hazırlanması, bu mövzda soial çarxın çəkilməsi və Sabirabad rayonunda əsasən gənclər arasında maarifləndirmə tədbirlərinn keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 331
Paylaş: