Niderlandın Haaqa şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

 

Ölkəmizin Niderland Krallığındakı səfirliyində təşkil edilmiş tədbirdə Azərbaycan icmasının və diasporunun nümayəndələri iştirak ediblər. 

 

Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxış edərək dahi şəxsiyyətin həyat və fəaliyyətindən, vətənimizi 1990-cı illərdə düşdüyü siyasi-iqtisadı böhran vəziyyətindən qurtarmasından danışıb. “Çox mürəkkəb dövrdə Azərbaycanı bürüyən iqtisadı və siyası böhranın aradan qaldırılması naminə yürütdüyü siyasət müstəqil dövlətimiz üçün qurtuluş oldu. Birinci Qarabağ Müharıbəsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünün problemini həll etmək vətənimiz üçün ağır sınaq idi. Ulu öndər bu taleyüklü məsələlərin öhdəsindən böyük ustalıqla gəldi, Azərbaycanın iqtisadi-siyasi inkişaf prosesinin təməlini qoydu və vətənimizi dünya siyası arenasında tanıtmağı bacardı,” - deyə səfir nəzərə çatdırıb.

 

Sonra görkəmli dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən film nümayış etdirilib. 

Baxış sayı: 295
Paylaş: