Ötən ilin sonlarında Dövlət Gömrük Komitəsi yanında İctimai Şura seçilib, lakin sonradan 13 nəfərlik heyət arasında narazılıq yarandığı  üçün şurada sədr, sədr müavinlərinin və katibin seçilməsi prossesi formalaşmayıb. Buna baxmayaraq İctimai Şuranın üzvü olan 7 nəfər öz aralarından sədr, 3 müavin və katib seçərək özlərini cəmiyyətə bu formada təqdim ediblər. 
Son vaxtlar həmin qrupdan olan Elçin Axundzadə haqqında gedən neqativ yazılara Gömrük Komitəsi adından özünü təqdim etməklə cavab verir. Belə ki, iş adamı Mübariz Mənsimovla bağlı Elçin Axundzadənin fəaliyyatinə dair yazılan məlumatlara həmin şəxs cavab verərkən özünu Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini kimi təqdim edib. İctimai Şuranın üzvü olan 6 nəfər buna etiraz olaraq bəyan edir ki, həmin seçkilər saxta formada keçirilib və Elçin Axundzadə orada müavin seçilməyib. Qanunda bir müavinin seçilməsi nəzərdə tutulubsa, həmin qrup öz aralarından 3 müavin seçməklə qanunu kobud şəkildə pozub. Altı nəfər buna etiraz edərək iclası tərk edib. Eyni zamanda komitə rəhbərliyinə müraciət olunaraq bu seçkinin tanınmaması üçün məlumat verilib. Buna baxmayaraq, Elçin Axundzadə və digərləri yenə də bəzi məclislərdə və tədbirlərdə özlərini Gömrük Komitəsi yanında İctimai Şuranın sədri və müavini kimi təqdim edirlər. Qarşı tərəf isə buna qətiyyətlə etirazını bildirir və qeyd edir ki, Dövlət Gömrük Komitəsi həmin qrupu və onların seçimini qəbul etmir, bu günə qədər də komitə ictimai şura ilə bu istiqamətdə heç bir görüş keçirməyib. bununla da DGK bu nəticəni tanımadığını ifadə edib. Odur ki, Elçin Axundzadə və digərləri özlərini İctimai Şuranın rəhbərləri kimi təqdim etməkdən çəkinməlidir.

Jurnalist Məhəmmədəli Qəribli Elçin Axundzadə haqqında bunları yazıb: 
“Azpolitika” saytı iş  adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığı ilə bağlı maraqlı məlumat verib. 

Saytın araşdırması zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Belə ki, Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı “qara kassa”sı funksiyasını oynayır: 

“Həmin şəxs 2012-ci ilədək adı və soyadı Fariz Fəyyazov olan Axundzadə Elçin Rəşid oğludur. 1967-ci ildə Masallı rayonunda anadan olan Elçin Axundzadə 1992-2006-cı illərdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində xidmət edib, ehtiyatda olan mayordur. Əldə etdiyimiz məlumatlara görə o, Nazirlikdəki maliyyə yeyintilərinə görə işdən uzaqlaşdırılıb”. 

Elçin Axundzadənin adı mənə də çox tanış gəldiyi üçün, bir balaca araşdırma etdim. Məlum oldu ki, hazırda rəsmi dövlət qeydiyyatına alınan bir QHT-yə rəhbərlik edən bu şəxs bir vaxtlar tədbirlərdə fotodakı saxta “general” paltarında görünürdü. Belə paltarı onunla yanaşı bir neçə başqa adamlar da geyinirdi. 

Formaları bunlara paylayan Firdovsi Ələkbərov adlı şəxs idi. Məhz bu saxta general forması ilə bağlı mənim araşdırmalarımdan sonra hüquq-mühafizə orqanları formanı satan Firdovsini saxlayaraq, məsuliyyətə cəlb etdi.

 O vaxtdan Elçin Axundzadə də “genaral” mundiri ilə vidalaşmalı oldu. Maraqlıdır ki, Elçin bəy bu paltarda olan bütün fotolarını sosial şəbəkələrdən silib. Ancaq mənim atxivimdə qalanı olub. Dünən yayılan məlumatda diqqətimi çəkən başqa bir vacib  məqam bu adamın adının və soyadının  kökündən dəyişməsi oldu. Olduqca maraqlı personadır…

Baxış sayı: 799
Paylaş: