Ötən gün itlərin atına hücumu nəticəsində yıxılan və zədə alan nəğməkar-şair Cəlal Qurbanovdan xəbər var.

Gunaydin.az xəbər verir ki, o, Hit.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu və sabah xəstəxanadan evə buraxılacağını bildirib.

Qeyd edək ki, Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət aldığı həmin anın görüntüləri yayılıb. Bəstəkar hər gün övladları ilə at çapmağa getsə də, bu dəfə dostları onu müşayiət edib. Qəfil qarşılarına 10-12 it çıxıb və atın arxasınca qaçıb. Yerə yıxılan Qurbanov başından travma alıb.

 
Baxış sayı: 475
Paylaş: