Türkiyəli məşhur müğənni Ebru Gündeş İraqdan olan iş adamı Rassan Xoşnəv ilə eşq yaşadığını təsdiqləyib.

Münasibətlərini hamıdan uzaq tutan müğənninin sevgilisi Rassan Xoşnəvlə fotosu sosial şəbəkədə yayılıb. Cütlüyün fotosu sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Qeyd edək ki, Ebru Gündeş əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrabla evli olub. Onlar 2021-ci ilin aprel ayında bu evliliklərinə son qoyublar.

Baxış sayı: 412
Paylaş: