"Təsadüfi gələnlər var. Bəzən baxırsan ki, bu iş onluq deyil. Onların nə konsertləri var, nə bir şeyi... Onlar pikdə deyil. Onlar hələ ki, heç bir yerdə deyil".

Gunaydin.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "10-da görüşək" proqramında deyib. O bildirib ki, hazırda bir çox ifaçı sənətə mal-mülkə görə gəlib:

"Kənardan bizim gördüyümüz iş çox asan görsənir: Dəbdəbəli, parlaq... Deyirlər ki, onlara nə var, bəxtəvərlər geyinib-keçinib oxuyurlar.  Amma bizim sahə əslində çox çətindir. Çoxu elə bilir asandır. Bu sahəyə meyillənirlər ki, gəlib bir mahnı oxuyub, varlı olacam".

 
Baxış sayı: 367
Paylaş: