Müraciət edən baba öncəki psixoloqdan uşağın xoşu gəlmədiyi deyib, xahiş edir uşaqla ünsiyyətdə olum….
Məndən də söhbətdən imtina edən 8 yaşlı uşaq, baba təkidi ilə videogörüntü ilə danışığa razılıq verir….
Danışığın nəticəsi uşağın dili ilə desək “baba bu xala ilə dost olmaq istəyirəm” olduqda, sadəcə “bəs niyə əvvəlki xala ilə dost olmadın?” sual etdim
Cavabında “o xala yalançı idi, başımı aldatmaq istəyirdi” eşitdim…. Maraqlı məqam odur ki, öncə görüşdüyü psixoloq ona Mərkəzin otaqları göstərib və gözəl olduğunu iddi edib. Uşaq isə orda özünü təhlükəsiz yerdə hiss etmədiyindən gözəlliyi görməyib.
Nəticədə uşağın öz travması və əlavə psixoloq tərədindən yaşanan neqativ anlar….
İşimizdə ehtiyyatlı olaq, öz gördüyümüzü bizim kimi hər kəsə qəbul etdirməyək!
Daha peşəkar olaq…. Bütün cavablar bizdə deyil, yanımıza gəlib danışandadır…..
Terapiyaya alsığımız hər bir şəxsin transformasiyası da bizim deyil, onun beynində gedir…
Özümüzü F.Farelliyə bənzətməyək
Həyat gözəldir! Bizim ən böyük uğurumuz - yanımıza gələnin məmnun olmasıdır!!!
Şamama Ağamuradova