Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın yarışın ikinci təsnifat mərhələsindəki 3 potensial rəqibi bəlli olub.
 
Bu gün keçiriləcək püşkatma mərasimində Ağdam təmsilçisi, birinci mərhələdə olduğu kimi “səpələnmişlər” səbətində yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
“Qarabağ”ın ikinci mərhələyə adlayacağı halda qarşılaşacağı 3 potensial rəqib: 
 
"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi
 
"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
 
“Sürix” (İsveçrə)
 
Qeyd edək ki,ikinci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.
 
"Lex” (Polşa) -  "Qarabağ"  cütünün məğlubu Konfrans Liqasının II təsnifat mərhələsində bu komandalardan biri ilə qarşılaşacaq:
 
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün məğlubu
 
“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu
 
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) cütünün məğlubu
 
“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) cütünün məğlubu
 
“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütünün məğlubu
 
Baxış sayı: 340
Paylaş: