Bərdədə yaşayan qadın azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia edib.

Gunaydin.az xəbər verir ki, məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:

“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş. Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və  həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, hüquq müdafiəçisi Kəmalə Ağazadə də bu gün məlumat paylaşaraq həmin qadının nəvəsini dilənçiliyə məcbur etdiyini bildirib və görüntülərini yayıb.

Baxış sayı: 313
Paylaş: