Bu ilki dünya çempionatında ilk dəfə cinsi əlaqəyə qadağa qoyulub.

Qətər dünya çempionatı üçün ölkələrinə gələcək azarkeşlər üçün nikahdankənar cinsi əlaqəyə görə sanksiya tətbiq etdiyini açıqlayıb.

Mövzu ilə bağlı açıqlama verən bir polis rəsmisi, "Bu turnirdə qətiyyən bir gecəlik görüşlər olmayacaq. Əgər partnyorunuzla gəlməyəcəksinizsə, bu turnirdə seks menyudan çıxarılıb. Heç bir əyləncə və ya başqa bir şey olmayacaq. Hər kəs risk etmək istəmirsə, öz qərarını verməlidir"-deyə bildirib. 

Dünya çempionatı öncəsi rəsmilər azarkeşlərə xəbərdarlıq edib ki, bir gecəlik münasibət quranları 7 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, turnirin keçiriləcəyi Qətərdə nikahdankənar cinsi əlaqə və homoseksuallıq qanunsuz hesab edilir və 7 ilə qədər həbslə cəzalandırılır.

Baxış sayı: 259
Paylaş: