Xəzər dənizində bir nəfər batıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) bir nəfər batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Baxış sayı: 277
Paylaş: