Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq.
 
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
 
Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi “Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, Azərenerji ASC, Azərişıq ASC ilə birlikdə 2022-2026-cı illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.
 
Baxış sayı: 232
Paylaş: