Beyləqanda pambıqdan kütləvi zəhərlənmə qeydə alınıb.

Əkin sahəsindən qayıdan 15 nəfər zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, hazırda onların vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 196
Paylaş: