Milli komandaların FİFA reytinqi açıqlanıb.
 
 Azərbaycan yığması 1127 xalla dünyanın 128-ci komandasıdır.
 
Canni de Byazinin yetirmələri sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib. Üç ay əvvəl yığmamız 129-cu sırada yer almışdı.
 
Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.
 
Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.
 
Baxış sayı: 106
Paylaş: