26 iyun - Azərbaycanın Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüş keçiriləcək.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verib.
 
Məlumata görə, yürüşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.
Baxış sayı: 52
Paylaş: